Yuxuda at görmək

Yuxuda at görməkYuxuda at görməyin nə məna verdiyini bilmirsiniz? Yuxuda.az saytı bu dəfə sizə yuxuda at görməyin mənasını, necə yozulduğunu izah edir.

Yuxuda at görməyin mənaları

Yuxuda at gözəl evdir. Yuxuda quyruğu və ayaqları qızıldan olan at dindarlıq deməkdir. Yuxuda atın böyük quyruğunu görmək övlad və qohum əqrəbanın çoxluğuna işarədir. Yuxuda at bolluq, bərəkət, zənginlik işarəsidir. Həyatda çox bacarıqlı olacaqsınız. Həyatınızın sevgisini nəhayət ki, tapa biləcəksiniz.

Yuxuda ağ at görmək

Ağ at görmək dövlət tərəfindən veriləcək mala və etibara işarədir. Yuxusunda ağ ata minən şəxs kədərlənəcək. Yuxuda ağ-gümüşü at görmək, xeyir işlərin arxasınca qaçmaq deməkdir. Yuxuda bir neçə atının olmasını görən şəxsin dostu çox olar.

Yuxuda at arabası görmək

Yuxuda at arabası görmək iş həyatı ilə bağlıdır. Yuxunu görən adam öz şəxsi biznesini quracaq və çoxdandır ki, xəyalını qurduğu işini böyüdəcək. At arabasına minmək isə bol gəlirli həyat deməkdir. Həmin şəxslər həyatlarının ən gözəl vaxtlarını yaşayacaq. Yuxuda bala at, yəni dayça görmək həmin şəxsin yeni bir məsuliyyətə girəcəyini ifadə edir. Buna misal kimi yeni iş və ya uşaq sahibi olmağı deyə bilərik.

Yuxuda qaçan at görmək

Yuxuda qaçan at görürsünüzsə, bu, sizin ruzi, şəfa, bərəkət və bolluq içində olacağınıza işarədir. Əgər yuxuda bir yox, bir neçə və ya at sürüsü görülürsə bu o deməkdir ki, həmin adamın hörməti artacaq, ona rəğbət bəsləyən insanların sayı çoxalacaq.

Yuxuda ağ atın belinə minmək

Yuxuda ağ atın belinə minmək yaxşı əlamətdir. Bu zaman arzularınız həyata keçəcək. Əgər mindiyiniz at çirklidirsə etibar etdiyiniz, güvəndiyiniz adamların paxıllığı sizi gözləyir.

Yuxuda at kəsmək

Yuxuda at kəsmək bununla bağlı yuxular arasında ən xoş olmayan hadisədir. Bu halda belə şəxslər demək olar ki, səhv qərarlar verəcək. Əvvəldən bu addımı atdığı üçün həmin adamı qınayan insanlar isə təəssüf ki, haqlı çıxacaqlar.

Yuxuda atdan düşmək

Yuxuda atdan düşmək pul və sağlamlığın itkisinə işarədir. Yuxuda at satdığını görən şəxs biri ilə dava edəcək. Yuxuda at almaq isə iqtidar və gücə işarədir. Dişi at almaq namuslu bir qadına işarədir.

Yuxuda ağ atı sığalladığını görmək

Yuxuda ağ atı sığalladığını görmək son dərəcə gözəl bir yuxudur. Yuxu görən subaydırsa, bu o deməkdir ki, tezliklə evlənəcək, evlidirsə, yaxşı oğlu olacaq. Yuxuda ağ atı sevmək bəxt deməkdir. Həmçinin yuxuda görülən ağ at halal qazanc deməkdir. Yuxusunda ağ atı sevən insan halal yoldan böyük qazanc əldə edəcəyinə işarə edər.

Yuxuda qara at görmək

Yuxuda qara at görmək yuxu görən adamın ümumi rəhbərliyinə işarə edir. Yəni onun idarəçi olacağına, dövlət başçısı kimi rütbəsi olacağına işarədir. Bəzi yuxu təfsirçiləri bunun dünyəvi mallara işarə etdiyini söyləyirlər. Yuxuda qara at görmək həm kişi, həm də qadın üçün səhv qərar veriləcəyinə işarədir. Yuxuda qəhvəyi at görmək - kişilər üçün nişan, toy, maşın və ev, qadınlar üçün isə qismət deməkdir.


YUXUDA.AZ
Yuxu Yozmaları       Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

Yuxuda qar görmək

Yuxuda qar görməyin yozumu nədir? Bu sualın cavabı -da! Sizə yuxuda qar görməyin yozumunu açıqlayırıq. Yuxuda qar görmək çoxlu xeyir işlərə işarədir. Xüsusilə dini nöqteyi-nəzərdən şərh edildikdə həyata çox müsbət təsir göstərir

Yuxuda pul görmək

Yuxuda kağız pul görmək müxtəlif mənalarda yozulur. Yuxuda pul görmək yuxu görənin gözlənilməz yerdən pul alacağına işarə edir. Eyni zamanda, xəyalpərəst çətin dövrlərini ən qısa müddətdə aradan qaldıra bilər. Yuxuda pu

Yuxuda qapı görmək

Yuxuda qapı görmək nəyə işarədir? Bunu bilmək istəyirsinizsə, -ın təqdim etdiyi yazıya nəzər salın. Yuxuda taxta qapı görmək. Yuxuda taxta qapı görmək, xəyalpərəstin verdiyi qərarlardan şübhələnəcəyinə işarədir. Bundan əlavə

Yuxuda buz görmək

Yuxuda buz görmək nəyə işarədir? Bu yuxunun hansı mənaları var? Bilmək istəyirsinizsə, -ın təqdim etdiyi yazıya nəzər salın. Yuxuda buz görmək pis hadisələrə işarədir. Pisniyyətli insanlar sizin üçün ən qiymətli işdə siz

Yuxuda yazı yazmaq

Yuxuda yazı yazmaq nəyə işarədir? Bunu bilmək üçün -ın təqdim etdiyi yazıya nəzər salın. Yuxuda yazı lövhəsi görmək. Yuxuda yazı taxtası görmək, yuxu görən insanın xoş xəbər alacağına və sürpriz hadisələrlə qarşılaşacağın

Yuxuda işıq görmək

Yuxuda işıq görməyin müxtəlif yozumları var. sizi həmin yozumlarla tanış edir. Yuxuda işıq görmək nə deməkdir?. Yuxuda işıq görmək, parlaq bir gələcəyə qovuşacağınızın xəbərçisidir. Yuxuda işıq bir çox sıxıntıdan sonra rifaha

Yuxuda mismar görmək

Yuxuda mismar görmək nəyə işarədir? Bunu bilmək üçün -ın təqdim etdiyi yazıya nəzər salmalısınız. Yuxuda mismar görmək nə deməkdir?. Yuxuda mismar görənlərin subay olduqları halda evlənəcəyinə, cəsur və yardımçı olduqların

Yuxuda nərdivan görmək

Yuxuda nərdivan görmək nə deməkdir? Bunu bilmək üçün -ın təqdim etdiyi yazıya nəzər salın. Yuxuda nərdivan görməyin yozumu. Yuxuda nərdivan görmək irəliyə doğru hərəkətə işarədir. Enerji və imkanlarınız sizə iş dairəsind

Yuxuda eşşək görmək

Yuxuda eşşək görmək nəyə işarədir? Bunu bilmək üçün -ın təqdim etdiyi yazıya nəzər salın. Yuxuda eşşək sürmək. Yuxuda eşşək mindiyinizi görsəniz, bu, istədiyiniz yola çıxacağınıza, yeni yerlər görməkdən, kəşf etməkdən həz