Bədənizimin və zenimizin dincəldiyi an: Yuxu haqqında nə bilirik?
Yuxu hamımızın hər gün yaşadığı bir təcrübədir. Bəzən yuxunun nə olduğunu tam olaraq anlamırıq. Gözlərimizi yumub yatmaq bədənimizin dincəlməsi üçündür. Halbuki yuxu təkcə fiziki ehtiyac deyil, həm də beynimizin və ruhumuzun təbii ehtiyacıdır. Hər gün yatarkən təkcə dincəlmirik. Beynimiz yeni məlumatları emal edir, emosional yükləri yüngülləşdirir. Sanki fiziki olaraq cavanlaşırıq. Bəs yuxu niyə bu qədər vacibdir? Yuxu dedikdə biz nəyi nəzərdə tuturuq? Yuxuda.az saytı maraqlı araşdırmanı təqdim edir.
Yuxu mərhələləri
Yuxu bir neçə mərhələdən ibarətdir. Hər bir mərhələ bədənimiz üçün fərqli faydalar verir. Yuxuya getdiyimiz zaman ilk olaraq yüngül yuxu mərhələsinə keçirik. Bədənimizin tədricən istirahət etdiyi bu mərhələ dərin yuxuya keçid üçün zəmin yaradır.
Dərin yuxu bədənin tam istirahət etdiyi, əzələlərin bərpa olunduğu mərhələdir. Əlbəttə ki, bu mərhələdə əsas enerji mənbələrini toplayırıq. Dərin yuxu bədənin bərpası üçün çox vacibdir. Əzələlər və orqanlar gün ərzində sərf etdikləri enerjini geri qayıdır. Bundan əlavə, immunitet sistemimiz güclənir. Beləliklə bədənimiz xəstəliklərə qarşı daha davamlı olur.
Yuxu görmə mərhələsi beyin üçün son dərəcə aktiv prosesdir. Bu mərhələdə gözlər sürətlə hərəkət edir və biz yuxu görməyə başlayırıq. Beynimiz gündəlik həyatda aldığımız məlumatları emal edir, yaddaşı gücləndirir. Beynimiz sanki emosional təcrübələr üzərində işləmək üçün cəhd göstərir. Bütün bunlar, təkcə yaddaşı möhkəmləndirmir, həm də beynimizə emosional tarazlığı yaratmağa kömək edir. Görülən yuxular da bu prosesin bir hissəsidir. Bəzən yuxular şüuraltı emosional yüklərin mənalarını özündə əks etdirə bilər.
Yuxular və duyğular
Qeyd etdiyimiz yuxular beynimizin yatarkən şüuraltı emosional izləri hazırladığı sahədir. Bəzən yuxular gün ərzində yaşadıqlarımızın, düşüncələrimizin və ya hisslərimizin əksi şəklində formalaşır Məsələn, stresli bir günün ardından həmin gərginliyi yuxularımızda hiss edə bilirik. Bəzi insanlar bu cür yuxular gördükdə, özlərini daha narahat hiss edirlər. Çox vaxt şən bir günün sonunda gözəl və sakit yuxular görürük. Yuxuların bizə nə dediyini dəqiq anlamırıq. Onların çox vaxt hisslərimizi, narahatlıqlarımızı və ya istəklərimizi əks etdirdiyini deyə bilərik. Beynimiz yuxular vasitəsilə emosional təmizləmə həyata keçirir. Onlar bizi gündəlik həyatın yüklərindən uzaqlaşdırır.
Yuxu və psixi sağlamlıq
Yuxu təkcə bədəni deyil, zehni də sakitləşdirir. Kifayət qədər yuxu almadığımız zaman ruhi sağlamlığımız dəyişir. Düzgün yuxunu almamaq günümüzü çətinləşdirə bilər. Özümüzü qəzəbli, narahat və yorğun hiss edə bilərik. Çünki beynimiz yuxusuz qaldıqd normal işləyə bilmir. Düşünmə sürətimiz azalır, verdiyimiz qərarlar daha mürəkkəbləşir. Beynimizin dincəlməsi, yeni məlumatları anlaması və emal etməsi üçün kifayət qədər yuxu lazımdır.
Yuxunun olmaması həm də emosional sağlamlığımıza təsir edə bilər. İnsanlar yuxusuz daha asan stresə düşə bilərlər. Yuxu emosional tarazlığa nail olmaq üçün bərpa prosesidir. Yuxudan oyananda beynimiz daha təravətli və enerjili olur. Sanki özümüzü emosional olaraq daha yaxşı, normada hiss edirik. Buna görə də yuxu təkcə fiziki ehtiyac deyil, həm də mənəvi ehtiyacdır.
Yaxşı yuxu üçün nə etmək lazımdır?
Yaxşı yuxu üçün normal rejim qurmaq vacibdir. Yatmaq və eyni vaxtda oyanmaq orqanizmin düzgün işləməsinə kömək edir. Bundan əlavə, yatmazdan əvvəl sakitləşdirici işlər görmək beynimizi dincəldə bilər. Telefon və ya kompüter kimi avadanlıqlardan uzaq olmaq yuxuya getməyi asanlaşdırır. Yataq otağının qaranlıq, sakit və sərin olması yuxu keyfiyyətini də artırır. Yuxusuzluq zamanla sağlamlıq problemlərinə səbəb ola bilir. Bu baxımdan normalara əməl etmək əsas şərtdir.
YUXUDA.AZ