Yuxusuz olduğumuz zaman yaranan mistik güclərimiz: Nələri bacarırıq?

Yuxusuz olduğumuz zaman yaranan mistik güclərimiz: Nələri bacarırıq?Yuxusuzluq bir çoxumuzun yaşadığı bir haldır. İnsan bədəni və zehni adətən yuxusuz bir neçə gündən sonra qeyri-adi vəziyyətdə olur. Xüsusilə də bu yuxusuzluq bizi gecəni səhərə qədər oyaq keçirməyə məcbur edirsə mənzərə bir qədər dəyişə bilir. Yuxusuz olduğumuz zaman ortaya çıxan "super güclər" deyə bir anlayış var. Onlar bəzən sevincli, bəzən də bir az qəribə ola bilir. Yuxusuzluqla gələn əyləncəli və bəzən absurd vəziyyətləri kəşf etmək üçün yuxuda.az saytı maraqlı araşdırmanı siz oxucuların diqqətinə çatdırır.

Bir anda gələn yaradıcılıq krizləri

Yuxusuz olduğumuz zaman beynimiz "normal" düşünmə proseslərindən kənara çıxır. Bu zaman ez-tez kreativ, lakin bir qədər absurd fikirlərlə özünü göstərir. Belə hallarda adi bir həll əvəzinə ağlımıza gələn ən maraqlı və gülməli variantları alternativ çıxış olaraq qəbul edirik. Məsələn, qəfildən nahar əvəzinə dondurma yemək, kafedə təsadüfən bütün sifarişləri qarışdırmaq, "hər halda mən bunu istəyirdim" deyərək sevinclə vəziyyəti sevinclə qarşılamaq bunlara daxildir.

Qəfildən şair olmaq

Yuxusuz olanda sözlərimiz başqa məna verməyə başlayır. Dərin fikrə gedərkən, əvvəlkindən daha çox "poetik" tərzdə danışmağa başlayırsan. Bir neçə saatlıq yuxusuzluqdan sonra siz gündəlik işləri şeir kimi gülməli şəkildə təsvir etməyə çalışırsırsınız. Məsələn, bir stəkandakı suyu, gün batımında olan buludları yaxud çiçəyin yarpaqlarını dərindən bənzətmələrlə ifadə edə bilirsiniz. Sonra bu fikirləri başqalarına deyəndə qarşındakı insan sənə qəribə baxa bilər. Amma sən özünü bu zaman çox özəl biri kimi hiss edirsən.

Hekayələr və görüntülərdən olan gizli mesajları tapmaq

Yuxusuzluğun başqa bir əyləncəli əlaməti, adətən fikir vermədiyiniz şeylərə diqqət yetirməyinizdir. Xüsusilə bir film və ya seriala baxdığınız zaman bir anda gizli mesajlar və simvollar axtarmağa başlayırsınız. Əbəttə ki, bu kitablarda olan hekayələr üçün də keçərlidir. Televiziya şousunda personajın üz ifadəsi və ya arxa planda olan obyekt sizə bütün prosesi başa düşdüyünüz hissini yarada bilir. O anda beyniniz hər şeyi bir-birinə bağlı olaraq görür. Amma ertəsi gün yuxusuzluqdan qurtulanda araşdırdıqlarınızın əslində heç bir mənası olmadığını anlayırsınız.

Bütün dünyanı tənqid etmək ehtiyacı duyuruq

Yuxusuzluq insanın dünyaya baxışını bir qədər dəyişə bilər. Bir neçə yuxusuz gecədən sonra hər şeyin səhv olduğunu düşünürük. Ətrafınızdakı hər şeyin əskik olduğunu hiss edirsiniz. Bütün bu tənqidlər və narahatlıqlar bəzən gülməli ola bilir. Çünki o anlarda hətta kiçik bir xəta belə sizə böyük dünya problemi kimi görünür. Məsələn, səhər işə gedərkən hər kəsin yol hərəkətində sürət həddini pozduğunu düşünüb səyahət zamanı özünüzü yol polisi kimi təsəvvür edə bilirsiniz.

Gülməli zarafatlar və mənasız cümlələr

Yuxusuz olanda dil və sözlər bəzən bir araya toplanmır. Özünüzü izah etməyə çalışarkən sözlər birdən səhv çıxır və qarışa bilir. O an nə demək istədiyinizi heç kim başa düşə bilməz. Ancaq özünüzə gülərək "nə gülməli şey dedim" deyə fikirləşməyə başlayırsınız. Bu anlar, müəyyən mənada, yuxusuzluğun qeyri-adi iradəsi kimidir.

Ciddi qərarlarla belə zarafat etmək

Yuxunun olmaması sizin ciddiliyinizi itməsinə səbəb olur. Vacib bir məsələni müzakirə edərkən yaxud qərar qəbul etməli olduğunuz zaman tamamilə mənasız bir zarafat edə bilərsiniz. İş prosesində baş vermiş bir krizi belə zarafata salmaq çox qəribə qarşılana bilər. Əlbəttə ki, siz bunun fərqində belə olmursunuz.

Sonsuz bir enerji partlaması

Yuxusuz olduğunuz zaman hər şey bir anda qarışa bilər. Yorğun olsanız da, birdən enerjiniz tükənməmiş kimi davranmağa başlayırsınız. Buna nümunə olaraq, gecə yarısı mətbəxdə rəqs etməyə başlayırsınız və ya sadəcə söhbət etmək üçün saatlarla gözlərinizi yummursunuz. Yuxunun olmaması ilə birləşən enerjiniz həm əyləncəli, həm də bir az qəribə ola bilər.

Yekun olaraq, yuxusuzluq bəzən şüurumuzda əyləncəli, gülməli və qəribə bir xatirənin yaranmağına səbəb ola bilər. Bütün bu "super güclər" əslində beyin yorğunluğu ilə qarışan əyləncəli reaksiyalardır. Təbii ki, yuxusuzluq uzun müddət davam etdikdə pis nəticələr verə bilər. Amma baş verəcəklərə nəzərə alaraq normal yuxu rejiminə əməl etməyi unutmayaq.


YUXUDA.AZ
Yuxu Haqqında       Tarix: 09 noyabr 2024

Oxşar xəbərlər

Yuxuya gedən zaman xəyal quraq yoxsa düşüncələri uzaqlaşdıraq?

Yuxuya getmək bir çox insan üçün mənəvi istirahətdir. Ancaq günün dayanmadan işləyən zehinlər yuxuya getməyi çətinləşdirə bilər. Yuxuya gedəndə zehni necə sakitləşdirdiyimiz yuxu keyfiyyətiinə birbaşa təsir edir. Bu nöqtəd

Bədənizimin və zenimizin dincəldiyi an: Yuxu haqqında nə bilirik?

Yuxu hamımızın hər gün yaşadığı bir təcrübədir. Bəzən yuxunun nə olduğunu tam olaraq anlamırıq. Gözlərimizi yumub yatmaq bədənimizin dincəlməsi üçündür. Halbuki yuxu təkcə fiziki ehtiyac deyil, həm də beynimizin və ruhumuzu

Yuxusuz gecələr: Səhərimizi necə xilas edək?

Gecələri yaxşı yatmadığınız üçün səhər enerjisiz və yorğun hiss edə bilərsiniz. Bununla belə, özünüzü bir az daha yaxşı hiss etmək və günə enerji ilə başlamaq üçün etməli olduğunuz bir sıra məqamlar var. saytı narahat v

Mənalarını kəşf edək: Yuxu yozmağın əhəmiyyəti nədir?

Yuxu yozumları insanların həyatında həm psixoloji, həm də mənəvi baxımdan böyük məna kəsb edir. Yuxular şüüraltımızın əksi olaraq bizə daxili dünyamız haqqında məlumat verir. Yuxu yozumlarının bu qədər vacib olmasının bi

Yuxu gətirən təbii vasitələr nədən ibarətdir?

Normal yuxu sağlamlığımız üçün çox vacibdir. Həm fiziki, həm də zehni inkişaf üçün keyfiyyətli yuxu almaq gündəlik həyatda daha enerjili olmağa kömək edir. Ancaq zamanla stress, çox düşünmə yaxud xarici faktorlar səbəbində

Ayın işığı yuxularımızı necə dəyişdirir?

Ayın yuxumuza təsiri tarixən bir çox mədəniyyətdə diqqətlə müşahidə olunan mövzu olmuşdur. Ayın, xüsusən də tam ayın insan davranışına və psixologiyasına əhəmiyyətli təsirləri olduğuna dair bir çox miflər vardır. Müasir el

Zehnin dərinliklərinə səyahət: Yuxuların sirri nədir?

Yuxular bəşər tarixinin ən maraqlı sirlərindən biridir. Hər bir mədəniyyət yuxuların mənasını açmağa çalışıb. Onlara müxtəlif mənalar vermiş və insan şüurunun dərinliklərini araşdırmağa çalışmışdır. Yuxular gecələr yaşadığımı

Yuxu bədənimizi və zehnimizi necə dincəldir?

Yuxu həyatımızın təbii ehtiyaclarından biridir. Biz demək olar ki, hər gün yuxuya gedirik. Lakin çoxumuz yuxu rejiminə nə qədər əməl etməyimizin vacib olduğunu olduğunu bilsək də, yuxunun bədənimizə və zehnimizə təsiri barəd

Tarix boyu inkişaf: İnsanlar ilk dəfə nə vaxt yatmağa başladı?

Yuxu təkamülü bəşər tarixinin ən şüurlu şəkildə müşahidə edilən, lakin hələ də tam başa düşülməmiş mövzularından biridir. Bu gün yuxu təkcə bioloji zərurət əhəmiyyət kəsb etmir. Sosial, mədəni və psixoloji vəziyyət kimi yux