Yuxu bədənimizi və zehnimizi necə dincəldir?

Yuxu bədənimizi və zehnimizi necə dincəldir?Yuxu həyatımızın təbii ehtiyaclarından biridir. Biz demək olar ki, hər gün yuxuya gedirik. Lakin çoxumuz yuxu rejiminə nə qədər əməl etməyimizin vacib olduğunu olduğunu bilsək də, yuxunun bədənimizə və zehnimizə təsiri barədə çox fikirləşmirik. Yuxu sadəcə dincəlmək üçün sərf etdiyimiz bir müddət kimi qiymətləndiririk. Əslində olan bədənimizin və beynimizin sağlam və düzgün şəkildə işləməsi üçün yuxu bir bərpa prosesidir. Bəs yuxu zamanı bədənimizdə hansı dəyişikliklər baş verir? Yuxuda.az saytı maraqlı araşdırmanı sizlərə təqdim edir.

Yuxu zamanı bədənimiz necə yenilənir?

Yuxu bədənimizin yenilənməsində mühüm rol oynayır. Yatarkən əzələlərimiz və orqanlarımız istirahət edir, ürək döyüntülərimiz yavaşlayır. Eyni zamanda, nəfəs almağımız yaxşılaşır. Gün ərzində yorulan əzələ və toxumalar yuxu zamanı yenidən bərpa olunur. Xüsusilə yuxu əzələlər üçün əhəmiyyətli bir prosesdir. Çünki böyümə və inkişaf hormonu yuxu zamanı ifraz olunur. Bu hormon əzələ quruluşunu gücləndirməyə kömək edir. Yuxu sadəcə istirahət deyil, bu bədənimiz üçün özünü bərpa etmək və yeniləmək üçün bir fürsətdir. Kifayət qədər yatmadıqda, bu bərpa prosesi pozula bilir. Bütün bunlar uzun müddətdə sağlamlığımıza mənfi təsir göstərə bilər.

Yuxu zamanı beynimiz necə dincəlir?

Yuxu təkcə fiziki deyil, həm də zehni cəhətdən böyük yenilənmə müddətidir. Beynimiz yuxu zamanı mühüm bir proses həyata keçirir. Öyrəndiyimiz məlumatları emal edir və yaddaşımıza həkk edir. Beyin xüsusilə REM (sürətli göz hərəkəti) yuxusu zamanı çox aktivdir. Bu dövrdə öyrəndiyimiz yeni məlumatlar möhkəmlənir və beynimizdə yerləşir. Məsələn, imtahandan əvvəl yaxşı yuxu almaq məlumatı daha qalıcı edir. Bundan əlavə, yuxu zamanı beynin bu emal etməsi öyrənmə prosesini dəstəkləyir və zehnimizi daha məhsuldar edir.

Yuxu ilə stress və narahatlığı necə azaltmaq olar?

Bir çox insanlar səhər oyandıqda özlərini daha dinc və enerjili hiss edirlər. Bu vəziyyətin əsas səbəbi yuxu zamanı bədənin stress hormonu olan kortizol səviyyəsinin azalmasıdır. Kortizol orqanizmin stresin öhdəsindən gəlməyə xidmət edən vacib bir hormondur. Lakin həddindən çox ifrazı bədəni uzun müddətdə yorur və psixi-fiziki sağlamlığa mənfi təsir göstərir. Yuxu zamanı bədən bu hormonun səviyyəsini tarazlayır. Bu isə bizə oyanmağa və günə daha sakit, dinc və pozitiv əhval-ruhiyyədə başlamağa imkan verir.

Bundan əlavə, yuxu zamanı beynimizdəki kimyəvi tarazlıqlar əhəmiyyətli dərəcədə dəyişir. Xüsusilə, xoşbəxtlik hormonları kimi tanınan serotonin və dopamin istehsalı artır. Serotonin əhvalımızı tarazlaşdırır, bizi daha sakit və dinc edir. Dopamin hormonunda isə vəziyyət fərqlidir. Bu hormon daha çox motivasiya ilə əlaqələndirilir, insan özünü bununla enerjili və şən hiss edə bilir.

Enerji ehtiyatlarını möhkəmləndirir

Yuxu enerji ehtiyatlarımızı doldurmaq üçün ən yaxşı variantdır. Yuxudan oyananda özümüzü daha təravətli və enerjili hiss etməyimizin əsas səbəbi bədənin enerji istehlak edən orqanlarının yuxu zamanı dincəlməsidir. Metabolizm bir gecədə yavaşlayır, lakin hüceyrələr bərpa olunmağa davam edir. Bədənimiz bütün gecə enerjisini bərpa edərkən, səhərlər daha enerjili və fit oyanırıq. Günün qalan hissəsində zehni və fiziki cəhətdən daha məhsuldar olmağımıza imkan verir.

Düzgün yuxu rejimi ilə yaradıcılığımız və zehnimiz aydınlanır

Bir çox insan yuxudan oyandıqdan sonra daha kreativ və yeni ideyalarla günə başlayır . Yuxu beynin yaradıcı düşüncə proseslərini stimullaşdırır. Xüsusilə bir problemi həll etməyə çalışarkən və uzun müddət bu barədə düşünərkən, yuxusuz qalmaq bir çox problemləri üzə çıxarır. Yuxusuzluq proseslər ilə bağlı həll yolları tapmaq qabiliyyətimizi məhdudlaşdıra bilər. Ancaq yuxuya getdiyimiz zaman beyin yeni bir perspektiv inkişaf etdirməyə başlayır və əvvəllər ağlımıza belə gətirmədiyimiz həllər meydana gələ bilir. Bu səbəbdən çətin bir problemlə qarşılaşdığınız zaman bir müddət dincəlmək və yatmaq sizə fərqli və ideal bir seçim ola bilər. Yaradıcı düşüncələr tez-tez yuxunun verdiyi zehni yenilənmə sayəsində aşkara çıxır.

Hormonları balanslaşdırmağa kömək edir

Yuxu orqanizmdə hormon balansının saxlanmasında böyük rol oynayır. Böyümə hormonu xüsusilə yuxu zamanı ifraz olunur. Bu hormon təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün son dərəcə vacibdir. Çünki toxumaların bərpası, əzələlərin gücləndirilməsi və hüceyrələrin yenilənməsi üçün sözügedən hormonlar olduqca lazımdır. Bundan əlavə, yuxu insulin kimi maddələr mübadiləsini tənzimləyən hormonların səviyyəsini tarazlaşdırır. Kifayət qədər yuxu almadığınız zaman bu hormonlar balanssızlaşa bilər. Bütün bunlar ümumi sağlamlığınıza mənfi təsir göstərə bilər.

Yuxu immunitet sistemini gücləndirir

İmmunitet sistemimiz yuxu zamanı effektiv işləyir. Biz yatarkən immunitet hüceyrələri daha çox fəallaşır və bədənə zərər verən mikroblara qarşı daha güclü müdafiə təşkil edir. Kifayət qədər yuxu bədənimizi xəstəliklərdən qoruyur. Bununla belə, yuxu azlığı immunitet sistemini zəiflədə bilər və bizi xəstəliklərə qarşı daha həssas edir. Buna görə də sağlam immun sistemi üçün nizamlı və keyfiyyətli yuxu son dərəcə vacibdir.


YUXUDA.AZ
Yuxu Haqqında       Tarix: 08 noyabr 2024

Oxşar xəbərlər

Yuxu gətirən təbii vasitələr nədən ibarətdir?

Normal yuxu sağlamlığımız üçün çox vacibdir. Həm fiziki, həm də zehni inkişaf üçün keyfiyyətli yuxu almaq gündəlik həyatda daha enerjili olmağa kömək edir. Ancaq zamanla stress, çox düşünmə yaxud xarici faktorlar səbəbində

Bədənizimin və zenimizin dincəldiyi an: Yuxu haqqında nə bilirik?

Yuxu hamımızın hər gün yaşadığı bir təcrübədir. Bəzən yuxunun nə olduğunu tam olaraq anlamırıq. Gözlərimizi yumub yatmaq bədənimizin dincəlməsi üçündür. Halbuki yuxu təkcə fiziki ehtiyac deyil, həm də beynimizin və ruhumuzu

Yuxusuz olduğumuz zaman yaranan mistik güclərimiz: Nələri bacarırıq?

Yuxusuzluq bir çoxumuzun yaşadığı bir haldır. İnsan bədəni və zehni adətən yuxusuz bir neçə gündən sonra qeyri-adi vəziyyətdə olur. Xüsusilə də bu yuxusuzluq bizi gecəni səhərə qədər oyaq keçirməyə məcbur edirsə mənzərə bi

İslamda yuxu yozumları ilə bağlı nə deyilir?

İslamda yuxular insanlar üçün mühüm məna daşıyır. Bu bəzən Allahdan gələn mesajlar, gələcəyə dair əlamət kimi qəbul edilir. Yuxunun yozumu İslamın ilk dövrlərindən bəri diqqət mərkəzində olub. Xüsusilə İslam alimləri yuxular

Yuxuya gedən yolda axşam yeməyinin rolu nədir?

Yediiyimiz yeməklər yuxumuza böyük təsir göstərir. Çünki yediyimiz qidalar təkcə mədə və həzm sisteminə təsir etmir, həm də beynimizdəki kimyəvi tarazlıqları dəyişə bilir. Qəbul etdiyimiz hər qida bədənimizdə fərqli reaksiyalar

Yuxuya gedən zaman düşündüyümüz 5 qəribə düşüncə

Yatağınızda gözlərinizi bağladığınız zaman olsanız belə, yuxuya getmək bəzən olduqca çətin ola bilər. Yavaş-yavaş yuxuya getdiyinizi hiss edirsiniz, ancaq birdən beyninizdə qəribə fikirlər meydana gəlir. Beyin son bir neç

Yuxuya gedən zaman xəyal quraq yoxsa düşüncələri uzaqlaşdıraq?

Yuxuya getmək bir çox insan üçün mənəvi istirahətdir. Ancaq günün dayanmadan işləyən zehinlər yuxuya getməyi çətinləşdirə bilər. Yuxuya gedəndə zehni necə sakitləşdirdiyimiz yuxu keyfiyyətiinə birbaşa təsir edir. Bu nöqtəd

Yuxusuz gecələr: Səhərimizi necə xilas edək?

Gecələri yaxşı yatmadığınız üçün səhər enerjisiz və yorğun hiss edə bilərsiniz. Bununla belə, özünüzü bir az daha yaxşı hiss etmək və günə enerji ilə başlamaq üçün etməli olduğunuz bir sıra məqamlar var. saytı narahat v

Tarix boyu inkişaf: İnsanlar ilk dəfə nə vaxt yatmağa başladı?

Yuxu təkamülü bəşər tarixinin ən şüurlu şəkildə müşahidə edilən, lakin hələ də tam başa düşülməmiş mövzularından biridir. Bu gün yuxu təkcə bioloji zərurət əhəmiyyət kəsb etmir. Sosial, mədəni və psixoloji vəziyyət kimi yux