Yuxuya gedən zaman düşündüyümüz 5 qəribə düşüncə
Yatağınızda gözlərinizi bağladığınız zaman olsanız belə, yuxuya getmək bəzən olduqca çətin ola bilər. Yavaş-yavaş yuxuya getdiyinizi hiss edirsiniz, ancaq birdən beyninizdə qəribə fikirlər meydana gəlir. Beyin son bir neçə saat ərzində yaşadığınız bütün hadisələri emal etməyə başladığı üçün təkcə fiziki deyil, həm də zehni olaraq bir növ keçid yaşamış olursunuz. Bu anda ağlınızdan keçənlər sözün əsl mənasında qəribə ola bilər. Yuxusuzluq bir sıra qəribə düşüncələrlə birləşə bilir. Məsələn, günün stresini, narahatlıqlarını və ya sadəcə dünyada olmasını sorğulamaq buna daxildir. Yuxuya getdiyimiz zaman beynimizdən keçən bəzi maraqlı və çox vaxt irrasional düşüncələri yuxuda.az saytı təqdim edir.
Bütün dünya nə ilə məşğuldur?
Uzanaraq, gözləriniz yumularaq, yavaş-yavaş yuxuya getməyə çalışırsınız. Ancaq birdən beyninizə birfikir gəlir. Görəsən, dünyada hamı hazırda nə edir? Bu sual, adətən, zehnin boşalmağa başladığı zaman baş verir. Dünyanın hər yerində yaşayan milyonlarla insanın eyni anda bir şey etdiyini düşünmək maraqlı olur. Bəlkə kimsə Amerikanın bir şəhərində parkda gəzir, kimsə Tokioda yemək bişirir və ya kimsə İspaniyada rəqs edir. Beynimiz bəzən kortəbii olaraq belə düşüncələr formalaşdırır. Sanki hər şeyin bir-birinə bağlı olduğunu birdən hiss edirik.
Bu fikirləri yox etmək üçün sadəcə olaraq " yatmağa çalışıram" deyərək diqqətinizi özünüzə yönəldə bilərsiniz. Dərindən nəfəs almaq diqqətin yayınmasının qarşısını alır. Eyni zamanda fikrinizi cəmləmək üçün sadə bir həll yoludur. Həmçinin otaqda və ya çöldə baş verən hər hansı səsə fikir vermədən, yalnız özünüzü rahatlamağa çalışa bilərsiniz.
Görəsən, bu gün unutduğum bir şey varmı?
Yatmağa çalışarkən birdən düşünürük ki, "görəsən, bu gün nəyi unutmuşam?". Etməli olduğunuz bir tapşırığınız, dostunuza göndərəcəyiniz bir mesaj var yaxud başqasına zəng etməlisiniz. İndi isə bunlar yuxuya gedən zaman ağlınıza gəlir. Biz gün ərzində beynimizdə narahatlıq və məsuliyyət hissini saxlayırıq. Yataqda uzandıqda və bədəninizdə rahatlaşdıqda, bu düşüncələr birdən oetaya çıxır. Sanki ağlın sənə nəyisə xatırlatmaq üçün son bir xəbərdarlıq göndərir. Bir neçə saat əvvəl yaxud həftənin əvvəlində etməli olduğunuz bir iş beyninizi məşğul edə bilər.
Bu cür düşüncələrlə mübarizə aparmağın ən yaxşı yolu yatmazdan əvvəl "işlər siyahısı" yaratmaqdır. Eyni zamanda, axşam üçün bütün tapşırıqlarınızı nəzərdən keçirməkdir. Növbəti günə əvvəlcədən hazırlaşmaq gecəni narahat olmadan keçirməyə kömək edə bilər. Beləliklə, yuxuya getməzdən əvvəl "unutmuşammı? kimi fikirləri özünüzdən uzaqlaşdıra bilərsiniz.
Qəfildən bir şey səhv olarsa nə edərəm?
Yataqda gözlərinizi yumduğunuz zaman birdən ağlınızda bir fəlakət ssenarisi formalaşa bilər. "Nəsə səhv olarsa nə edərəm?" deyə düşünməyə başlayırsan. Ola bilsin ki, pəncərənin açıq qaldığını xatırlayırsınız. Digər tərəfdən qapının kilidi açılıbsa, kiminsə evinizə girmə ehtimalını fikirləşirsiniz. "Elektrik sönsə nə etməliyəm?" kimi düşüncələrin öhdəsindən gələ bilmirsiniz. Bu cür fikirlər çox vaxt məntiqsiz olsa da, beyninizdə yerləşdikdən sonra asanlıqla unudulmur. Xüsusilə stresli bir gündən sonra zehniniz təhlükəsizliyinizi təmin etmək üçün bütün imkanları nəzərdən keçirməyə çalışır. Bəs bununla bağlı nə etməliyik?
Təhlükəsiz hiss etmək üçün gecə rejiminizi sadələşdirin. Yatmazdan əvvəl isə təhlükəsizlik tədbirlərinə əməl etdiyinizə əmin olun. Diqqətinizi cəmləmək üçün rahatlaşdırıcı nəfəs məşqləri etmək problemlərinizə kömək edə bilər. Beyninizin "sizi oyatmağa" çalışdığını hiss etmək, bu cür fikirləri müvəqqəti xəbərdarlıq kimi qəbul etməyə şərait yaradır.
Evdə nəsə partlasa nə olar?
Bəzən yuxuya getmək istəyərkən birdən qulaqlarınızda bir səs eşidinirsiniz. Beyninizdə belə bir fikir yaranır: "Bəs nəsə partlasa?". Bu cür düşüncələr evdəki kiçik səslərə qədər hər şey tərəfindən meydana gələ bilər. Qapı cırıldayır, nəsə yerə düşürvə ya qonşunun yüksək səslə kiminsə qapısını döydüyünü eşidirsən. Birdən fikirləşirsən ki, "nəsə partlasa nə olar?". Düşünməyə başlayırsan. Beynimiz kənarda təhlükə olduğunu düşünür və bizi oyandırmaq üçün həyəcan siqnalı verir.
Beyninizin həyəcan siqnalına qapılmamaq üçün ətrafınızı yoxlayın. Ətrafınızdakı səslərin mənbəyini anlamağa çalışa bilərsiniz. Ancaq bir anda başa düşməlisiniz ki, bu cür səslər çox vaxt zərərsiz olur. Bütün bunlar, sadəcə zehninizin yaratdığı narahatlıqdan qaynaqlanır. Daha yaxşı bir seçim, gözlərinizi yumaraq və dərindən nəfəs alaraq kənardakılara fikir verməməkdən ibarətdir.
Bəs nə qədər yata bildim?
Bir çox insan gözlərini yumub yatmağa çalışarkən daima "nə qədər yatmışam?" deyə düşünməyə başlayır. Yatmazdan əvvəl beyninizdə bu cür fikir yarandıqda, həqiqətən yuxuya getmədiyinizi və oyandığınız zaman nə qədər vaxt keçdiyini düşünürsünüz. Hətta bir anlıq saatınızı yoxlamaq istəyə bilərsiniz. Sadalananlar isə tez-tez yuxu narahatlığının nəticəsidir. Beyniniz "kifayət qədər yatmıramsa nə edim?" sualı ilə mübarizə aparır. Suala cavab tapmaq vəziyyəti daha da çətinləşir.
Bu zaman saatınıza baxmamaq ən yaxşı həll yoludur. Bunun əvəzinə, dincəlməyə imkan verən bir mühit yaratmaq daha faydalıdır. Dərindən nəfəs almaq və ya sadəcə gözlərinizi yummaq və "bu gecə istirahət edəcəyəm" kimi bir fikir formalaşdırmaq yuxuya getməyi asanlaşdırır.
YUXUDA.AZ