Yuxuya gedən yolda axşam yeməyinin rolu nədir?

Yuxuya gedən yolda axşam yeməyinin rolu nədir?Yediiyimiz yeməklər yuxumuza böyük təsir göstərir. Çünki yediyimiz qidalar təkcə mədə və həzm sisteminə təsir etmir, həm də beynimizdəki kimyəvi tarazlıqları dəyişə bilir. Qəbul etdiyimiz hər qida bədənimizdə fərqli reaksiyalara səbəb olur. Həmin reaksiyalar gecə boyu yuxu rejimimizə təsir edə bilər. Məsələn, bəzi qidalar bədənimizdə yuxunu asanlaşdıran kimyəvi maddələrin istehsalını artırır. Onıarın bir qismi isə oyanma qabiliyyətinə malikdir.

Xüsusilə axşam yeməyi üçün seçdiyimiz qidalar, gecə boyu rahat yatıb-yatmadığımızı təyin edir. Əsasən zülal, karbohidrat və ya yağ ehtiva edən qidalar həzmin necə baş verdiyinə və bu prosesdə bədənin nə qədər enerji sərf etdiyinə təsir göstərir. Bu baxımdan onlar yuxuya getmək qabiliyyətimizə və yuxu keyfiyyətimizə birbaşa effektini verir. Yuxuda.az saytı sizlərə axşam yeməyinin yuxuya təsiri ilə bağlı yazını təqdim edir.

Ağır və yeməklər

Axşam yeməyi üçün çox yağlı, ağır yeməklər yediyiniz zaman orqanizminiz yeməyi həzm etmək üçün daha çox işləməli olur. Bu yuxu prosesini çətinləşdirə bilər. Həzm sisteminiz çox işlədiyi zaman rahatlaşa olmur və yuxuya getməkdə çətinlik çəkə bilərsiniz. Bundan əlavə, mədəni narahat edən qidalar mədə yanmasına (asidik reflü) səbəb ola bilər. Xüsusilə qızardılmış yeməklər, "fast food" tipli yeməklər yaxud böyük porsiyalar yuxuya getməyinizi çətinləşdirir.

Axşam yeməyiniz üçün ağır qızardılmış yeməklərdən və həddindən artıq yağlı ətlərdən uzaq durun. Qızardılmış tərəvəz və ya qızardılmış toyuq kimi yüngül yeməklərə üstünlük verin.

Karbohidratlar və yuxu arasındakı əlaqə

Karbohidratlar yuxu üçün faydalı ola bilər, çünki bədənimizdə serotonin istehsalını artırır. Serotonin rahatlamağa və yatmağa kömək edən bir kimyəvi maddədir. Karbohidratlar melatoninadlı yuxu hormonunun istehsalına da yardım edir. Ancaq burada vacib olan kompleks olan karbohidratlar istehlak etməkdir. Ağ çörək və ya tort kimi sadə karbohidratlar yerinə fərqli qidaları yoxlayın. Nümunə olaraq, buğda çörəyi, qəhvəyi düyü və şirin kartof kimi sağlam karbohidratlara üstünlük verilməlidir. Bu növ qidalar yavaş-yavaş həzm olunur və uzun müddət toxluq hissi veri. Həmin qəbildən olan qidaların qəbulu bütün gecə rahat yuxu deməkdir.

Zülal ilə yuxu sintezi

Zülal da yuxuya təsir edə bilər. Lakin tərkibindı bir çox protein olan yeməklər yuxuya getməyi çətinləşdirur. Xüsusilə qırmızı ət və ya yüksək proteinli qidalarda axşam yeməyi ağır olur. Bu qidaların həzm olunması uzundur. Həzm sisteminiz gecə boyu işlədiyi üçün rahat yatmağınız çətinləşir. Bunun əvəzinə daha yüngül proteinli qidalar qəbul edə bilərsiniz. Məsələn, ağ ət, balıq və ya süd məhsulları daha asan həzm olunur, yuxunu asanlaşdıra bilər.

Kofein ve alkoqol yuxunun düşmənidir?

Axşam saatlarında tərkibində kofein olan içkilərdən çəkinin. Bunlara qəhvə və ya enerji içkiləri daxildir. Kofein insanı ayılda bilir və yuxuya getməyi çətinləşdirir. Kofeinin təsiri 6-8 saat davam edə bilir. Ona görə də axşam saatlarında kofeinli içkilərin qəbulu yuxusuzluğa təkan verir. Digər problemli içki növü isə alkoqoldur. Alkoqol əvvəlcə yuxuya getməyinizə kömək edən bir vasitə kimi görünsə də, yuxu rejiminizi ciddi şəkildə pozur. Ümumiyyətlə, spirtli içki qəbul etdikdən sonra gecə boyu tez-tez yuxudan oyanırsınız. Belə olan təqdirdə, səhər oyanan zaman beyniniz dincəlməyə bilər.

Yatmazdan əvvəl yeyilən yüngül qəlyanaltılar

Bəzi insanlar gecə yuxusuzluq hiss etdikdə yatmazdan əvvəl aclıq hissi keçirir. Bununla belə, ac qarına yatmaq da yuxunu qəlizləşdirir. Yemək yeməmək qan şəkərinin düşməsinə səbəb ola bilər ki. Bu da öz növbəsində yuxusuzluğa gətirib çıxarır. Yatmazdan əvvəl yüngül bir şey yemək daha rahat yuxunu təmin edə bilər.Yatmadan əvvəl yeyilə bilən faydalı qəlyanaltılara pendir, badam, qatıq və ya bir neçə dilim banan daxildir. Bunlar həm sizi tox tutur, həm də orqanizmin yuxuya keçidini asanlaşdıran maddələr ehtiva edir.

Asidli, turş qidalardan uzaq durun

Axşam yeməyində çox turşulu qidalar yemək mədə problemlərinə səbəb olur. Bu cür qidalara sitrus meyvələri, pomidor, turşu aiddir. Həmin qidalar mədə turşuluğunun artmasına və reflüyə səbəb ola bilər. Yuxuya getməyi çətinləşdirə və gecə boyu yuxusuzluğa məruz qala bilərsiniz. Bu baxından, axşam yeməyində həddindən artıq turşulu qidalardan çəkinin.


YUXUDA.AZ
Yuxu Haqqında       Tarix: 08 noyabr 2024

Oxşar xəbərlər

Ayın işığı yuxularımızı necə dəyişdirir?

Ayın yuxumuza təsiri tarixən bir çox mədəniyyətdə diqqətlə müşahidə olunan mövzu olmuşdur. Ayın, xüsusən də tam ayın insan davranışına və psixologiyasına əhəmiyyətli təsirləri olduğuna dair bir çox miflər vardır. Müasir el

İslamda yuxu yozumları ilə bağlı nə deyilir?

İslamda yuxular insanlar üçün mühüm məna daşıyır. Bu bəzən Allahdan gələn mesajlar, gələcəyə dair əlamət kimi qəbul edilir. Yuxunun yozumu İslamın ilk dövrlərindən bəri diqqət mərkəzində olub. Xüsusilə İslam alimləri yuxular

Yuxuya gedən zaman xəyal quraq yoxsa düşüncələri uzaqlaşdıraq?

Yuxuya getmək bir çox insan üçün mənəvi istirahətdir. Ancaq günün dayanmadan işləyən zehinlər yuxuya getməyi çətinləşdirə bilər. Yuxuya gedəndə zehni necə sakitləşdirdiyimiz yuxu keyfiyyətiinə birbaşa təsir edir. Bu nöqtəd

Bədənizimin və zenimizin dincəldiyi an: Yuxu haqqında nə bilirik?

Yuxu hamımızın hər gün yaşadığı bir təcrübədir. Bəzən yuxunun nə olduğunu tam olaraq anlamırıq. Gözlərimizi yumub yatmaq bədənimizin dincəlməsi üçündür. Halbuki yuxu təkcə fiziki ehtiyac deyil, həm də beynimizin və ruhumuzu

Mənalarını kəşf edək: Yuxu yozmağın əhəmiyyəti nədir?

Yuxu yozumları insanların həyatında həm psixoloji, həm də mənəvi baxımdan böyük məna kəsb edir. Yuxular şüüraltımızın əksi olaraq bizə daxili dünyamız haqqında məlumat verir. Yuxu yozumlarının bu qədər vacib olmasının bi

Yuxu bədənimizi və zehnimizi necə dincəldir?

Yuxu həyatımızın təbii ehtiyaclarından biridir. Biz demək olar ki, hər gün yuxuya gedirik. Lakin çoxumuz yuxu rejiminə nə qədər əməl etməyimizin vacib olduğunu olduğunu bilsək də, yuxunun bədənimizə və zehnimizə təsiri barəd

Yuxu gətirən təbii vasitələr nədən ibarətdir?

Normal yuxu sağlamlığımız üçün çox vacibdir. Həm fiziki, həm də zehni inkişaf üçün keyfiyyətli yuxu almaq gündəlik həyatda daha enerjili olmağa kömək edir. Ancaq zamanla stress, çox düşünmə yaxud xarici faktorlar səbəbində

Yuxuya gedən zaman düşündüyümüz 5 qəribə düşüncə

Yatağınızda gözlərinizi bağladığınız zaman olsanız belə, yuxuya getmək bəzən olduqca çətin ola bilər. Yavaş-yavaş yuxuya getdiyinizi hiss edirsiniz, ancaq birdən beyninizdə qəribə fikirlər meydana gəlir. Beyin son bir neç

Yuxusuz olduğumuz zaman yaranan mistik güclərimiz: Nələri bacarırıq?

Yuxusuzluq bir çoxumuzun yaşadığı bir haldır. İnsan bədəni və zehni adətən yuxusuz bir neçə gündən sonra qeyri-adi vəziyyətdə olur. Xüsusilə də bu yuxusuzluq bizi gecəni səhərə qədər oyaq keçirməyə məcbur edirsə mənzərə bi